Nazirlikdən dərmanlarla bağlı əhaliyə - Müraciət

5 Yanvar 2016 14:48 (UTC+04:00)

Bu barədə AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O, dərman bazarında vəziyyətin stabil olduğunu bildirib: "Bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri öz mətbu orqanlarında illər boyu müxtəlif səbəblərdən ləğv edilmiş (qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş və.s) dərman preparatlarının siyahısını yerləşdirib. Bu da əhali arasında çaşqınlığa səbəb olub. Qadağan olunmuş seriyalardan olan dərman preparatları mütəmadi olaraq aptek şəbəkələrindən çıxarılır. Vətəndaşların diqqətinə çatdırırıq ki, dərmanların keyfiyyəti və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzindədir".

Sevinc YASİNQIZI