Azərbaycanlı aktyor qəzaya düşdü - Anası ilə birlikdə

5 Yanvar 2016 15:18 (UTC+04:00)

Bu barədə aktyor özü məlumat verib. O bildirib ki, yanvarın 3-də axşam saatlarında Bakı-Sumqayıt yolunda idarə etdiyi "Hyundai" markalı avtomobil elektrik dirəyinə çırpılıb: "Anamla birgə bibim oğlunun toyuna gedirdik. Qəflətən qəza keçirdik. Yaxşı ki, özümüzə bir şey olmadı. Amma avtomobilim əzildi, 2 min manat ziyana düşdüm. Yeni ilin ilk həftəsi mənə düşərli olmadı".

Qeyd edək ki, R.Sabirli "Həyat varsa", "Muradına çatan Günəş", "Sənə inanıram" seriallarında rol alıb.

Lent.az