Türk şirkətlərindən qərar – Rusiyaya uçuşlar dayandı

5 Yanvar 2016 15:51 (UTC+04:00)

AzNews.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, beynəlxalq hava uçuşları qaydalarına zidd olaraq Türk hava yolu şirkətlərinin uçuş qruplarından viza istənməsi ilə "Pegasus" və "Onur Hava Yolları" müvəqqəti olaraq Rusiyaya uçuşları dayandırmaq qərarı alıb.

Hər iki şirkət müvəqqəti olaraq Rusiyaya etdiyi səfərlərini dayandırmaq məcburiyyətində qalıb. Aviaşirkətlər yanvarın 13-dən Rusiyaya uçuşların bərpa oluncağına ümid edirlər. Lakin Türk Hava Yolları uçuşlara davam edir.

Uçuşların müvəqqəti dayandırılmasına səbəb Rusiya və Türkiyə arasındakı münasibətlərdə yaranmış böhrandır.

Qeyd edək ki, Rus təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra rəsmi Moskva bu ilin yanvarın 1-dən vizasız rejimi dayandırıb.

Sevinc YASİNQIZI