Xınalıqda kritik durum - Xarici tələbələr qayıda bilmir

5 Yanvar 2016 16:25 (UTC+04:00)

Bu barədə AzVision.az-a Xınalıq kənd sakini Yusif Şabanov məlumat verib. O, bildirib ki, Xınalıq yolunun açılıması üçün əraziyə cəlb olunan texnika da sıradan çıxıb. Odur ki, qarşıdakı 3-4 gündə yolun qardan təmizlənməsi mümkün olmayacaq.

Kənd sakini onu da bildirib ki, Xınalığa gələn bir neçə turist tələbə də ərazidə qalıb. Onlardan biri Əfqan digəri isə Almaniya vətəndaşıdır: "Məndən xahiş etdilər ki, onları heç olmazsa burdan çıxarım. Kənddə heç bir maşın işləmədiyindən yalnız atla hərəkət edirik. Gəzmək mümkün deyil"-deyə Yusif Şabanov bildirib.