Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin tərkibi dəyişdirilir
5 Yanvar 2016 16:27 (UTC+04:00)
Nümayəndə heyətinin hazırkı rəhbəri, Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bildirib ki, nümayəndə heyəti üzvlərinin yarısının dəyişdirilməsi gözlənilir.
Bu ayın ortasına kimi MM sədri Oqtay Əsədov tərəfindən ATƏT PA-ya bununla bağlı məktub ünvanlanacağını deyən B. Muradova qeyd edib ki, yeni tərkib rəhbərlik tərəfindən təsdiqlənib, məktub göndərildikdən sonra açıqlanacaq.
Apa.az