ABŞ-da həyəcan – 11 uşaq girov götürüldü (Yenilənib)

5 Yanvar 2016 17:22 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, aparılan xüsusi əməliyyat zamanı insanları girov götürən şəxs yaralanıb.

***
17:02

ABŞ-ın Corciya ştatında yerləşən otellərdən birində insanlar girov götürülüb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, girov götürülənlər 11 uşaq və 1 qadındır. Uşaqların 3 aylıqdan 17 yaşa kimi olduqları qeyd olunur.

Ehtimal olunur ki, onları 1 nəfər kişi girov götürüb.

Girov götürülən qadın polisə zəng vura bilib.

Hazırda hadisə yerində xüsusi xidmət qüvvələri, polis və xilasedicilər işləyirlər.

Aydan AXUNDOVA