Soydaşlarımız Türkiyədə ev alan əcnəbilər sırasında - Birincidir

5 Yanvar 2016 20:39 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, ötən il əcnəbilər təkcə İstanbulda 600 mənzilə sahib olublar. Lakin bu mənzillər İstanbulun müxtəlif ərazilərinə aiddir. Belə ki, 426 mənzil Antalya, 149-u Bursa, 138-i Yalova, 87-i isə Sakaryanın payına düşür. Məlum olub ki, burada mənzil alan vətəndaşlardan ən çoxu azərbaycanlılar, iraqlılar, ərəblər, küveytlilər, ruslar və əfqanlardır. Onlar Türkiyədəki mənzillərin 375-nə sahibdirlər. Amma bunlardan başqa, Türkiyədə mənzilə yiyələnənlər arasında ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Almaniya, İngiltərə kimi ölkələr də var.


2015-ci ilin yanvar- oktyabr aylarında isə Azərbaycan vətəndaşları Türkiyədən 645 mənzil alıb. Təkcə oktyabr ayı ərzində azərbaycanlılar qonşu ölkədə 77 mənzil sahibi olub. Ümumilikdə isə sentyabr ayında həmvətənlərimiz qonşu ölkələrdən 56, avqustda isə 54 mənzil alıblar.

Rusiya ilə Türkiyə arasında yaşanan gərginliyə baxmayaraq, Türkiyədə evə sahib olan və hələ də ev alanların sayı az deyil. Burada çoxdan yaşayan ruslar Türkiyəyə aşiq olduqlarını açıq şəkildə vurğulayırlar. Nataliya İvanova 3 ildən çoxdur ki, Türkiyənin Marmaris əyalətində yaşayır. O, Marmarisdə 2, İstanbulda 1 mənzilə sahib olduğunu deyir.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında münasibətlər noyabrın 24-də Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə qırıcı təyyarəsi tərəfindən vurulduqdan sonra gərginləşib. Türkiyə tərəfi bunu hava məkanını pozduğu üçün etdiyini desə də Rusiya tərəfi bu iddiaları rədd edərək, hadisəni "arxadan vurulan zərbə" adlandırıb.