Türkiyə ordusunun sayı açıqlandı

5 Yanvar 2016 21:43 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Baş Qərargahın internet səhifəsində yerləşdirilən məlumata əsasən, Türkiyə ordusunun tərkibində 624 min 4 hərbçi və mülki şəxs xidmət etməkdədir.

Türkiyə Silahlı Qüvvələrində hazırda 39 min 782 zabit qulluq edir. Onların 358-i general və admirallardır.

Sıravi əsgərlərin sayı 332 min 509 nəfər, mülki içşilərin sayı - 51 min 681 nəfərdir.