Əfqanıstanda ABŞ helikopteri atəşə tutuldu - 1 pilot öldü, 2 yaralı

5 Yanvar 2016 22:40 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, ABŞ ordusu komandanlığının yaydığı məlumata əsasən, xüsusi təyinatlı ordu birləşməsi Əfqanıstanın Hilmənd əyalətində minaatanlardan atəşə tutulub. Onlara köməyə göndərilən helikopter də atəşə məruz qalıb, lakin Hilmənd əyalətində eniş etməyə müvəffəq olub.