BMT-də təcili iclas – Hidrogen bombasının sınağına görə

6 Yanvar 2016 10:16 (UTC+04:00)

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, iclas bu gün yerli vaxtla saat 20:00-da keçiriləcək. Məlumata görə, iclas ABŞ və Yaponiyanın müraciəti əsasında çağırılıb və qapalı keçiriləcək.

Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikası hidrogen bombasının uğurla sınaqdan keçirdiyini bəyan edib. KXDR 2005-ci ildə özünü nüvə dövləti elan etdikdən sonra sayca dördüncü nüvə silahının sınağını keçirib.

Aydan AXUNDOVA