5 nömrəli avtobusun hərəkət istiqaməti dəyişdi

6 Yanvar 2016 11:15 (UTC+04:00)

Bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Belə ki, Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar "JW Marriott Abşeron" otelinin arxa küçəsi ilə hərəkət edir.

APA.az