Hidrogen bombası partladılmayıb – Kim Çenə qarşı iddia

6 Yanvar 2016 11:48 (UTC+04:00)

AzNews.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, kəşfiyyat hidrogen bombasının sınağı zamanı baş verən zəlzələnin maqnitudasının kifayət qədər yüksək olmadığını, buna görə də sınağın keçirilmədiyini bildirib: "Üçüncü sınaq zamanı (2013) partlayışın gücü 7,9 kiloton, zəlzələnin maqnitudası 4,9 qeydə alınıb. Bu dəfə partlayışın gücü 6 kiloton, zəlzələnin maqnitudası isə daha az - 4,8 olub" – deyə Cənubi Koreyanın kəşfiyyatı iddia edib.

Kəşfiyyatın məlumatına görə, hidrogen bombası bir neçə 100 ton gücə malikdir, hətta sınağın uğursuz keçdiyi təqdirdə bu güc onlarla ton olmalıdır.

Aydan AXUNDOVA