TSEK-lər ləğv edilir

6 Yanvar 2016 13:00 (UTC+04:00)

Bu barədə məlumatı bu gün keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir qeyd edib ki, dekabr ayında nazirlikdə səyyar komissiyaların yaradılması ilə bağlı artıq qərar qəbul edilib: "Bu komissiyalar regionlara səfər edərək vətəndaşların ilkin əlilliyi ilə bağlı müayinə aparacaqlar. Bununla da vətəndaşın əlilliyin təyin olunması ilə bağlı TSEK-lərə müraciət etməsinə ehtiyac olmayacaq".

Trend.az