Sabah hava şaxtalı olacaq

6 Yanvar 2016 13:22 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcə isti, gündüz 6-10 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 07-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.