Dəm qazı can almaqda davam edir - 3 nəfər də boğuldu
6 Yanvar 2016 13:22 (UTC+04:00)
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisələr yanvarın 5-də baş verib.
Paytaxtın Nizami rayonunda yaşayan Nərgiz Aydınova, Xətai rayonunda yaşayan Çingiz Bədəlov və Xaçmaz şəhərində yaşayan Tamilə Təhməzova mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Baş vermiş hadisələrlə bağlı araşdırma aparılır.