Daha bir keçmiş ANS-çi ATV-yə gedir

6 Yanvar 2016 13:52 (UTC+04:00)

Məlumata görə, Rahilqızına "Xəzər" və ATV telekanallarından təklif var. Jurnalist özü isə bu barədə xəbəri nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, Afət Rahilqızı ANS-də bir sıra verilişlərin müxbiri və prodüseri olub.

AzNews.az əlavə edir ki, bu vaxta kimi ANS-in bir neçə tanınmış siması ATV kanalına gedib. Onlar arasında Orxan Fikrətoğlu, Mətanət Əliverdiyeva da var.

Ölkə.az