160-dan çox şirkət Qarabağa investisiya yatırdı

6 Yanvar 2016 14:48 (UTC+04:00)

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qondarma Dağlıq Qarabağ Respublikasının iqtisadiyyat naziri Andranik Xaşatryan məlumat verib.

Onun sözlərinə görə, orta hesabla cəlb olunan investisiyaların həcmi ümumi investisiyaların həcminin təxminən 10 faizini təşkil edir.

"Xarici kapitalın tətbiqində sənaye və kommunikasiya sahəsini xüsusi ayırmaq olar. İqtisadiyyatın təşəkkül tapdığı ilkin mərhələdə xarici investorlar bazara yeni şirkətlərin təsisçiləri qismində daxil olurdularsa, son zamanlar birgə müəssisələrin sayının artırılması tendensiyası müşahidə olunur. Xarici investisiyalar artıq fəaliyyət göstərən yerli firmaların genişləndirilməsi prosesinə cəlb olunur", - deyə A. Xaçatryan bildirib.

Aydan AXUNDOVA