Zidanın maaşı - 2,5 milyon avro

6 Yanvar 2016 15:09 (UTC+04:00)

Yeni baş məşqçinin illik əmək haqqı 2,5 milyon avro (4 milyon 199 min manat) olacaq.

43 yaşlı fransız mütəxəssis 4 yanvarda "Real Madrid" klubunun baş məşqçisi təyin edilib.

Zidanın ilk məşqini 6 min azarkeş canlı olaraq tribunalardan izləyib.
Klub prezidenti Florentino Perezin rəhbərliyi ilə keçirilən fövqəladə toplantıda idarə heyəti təcrübəli baş məşqçi ilə yollarını ayırıb.

Baş məşqçının İspan klubu ilə müqaviləsi 2018-ci ilə qədər qüvvədə olacaq.

Zinəddin Zidan 1998, 2000, 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu titulunu qazanıb. Fransa yığmasının tərkibində dünya çempionu (1998) və Avropanın (2000) çempionu olub.

Karyerası ərzində, 1988-1992-ci illərdə Fransanın "Kann", 1992-1996-cı illərdə "Bordo", 1996-2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001-2006-cı illərdə isə İspaniyanın "Real Madrid" klublarında çıxış edib.

ANS PRESS.az