“Donuz qripi” Ermənistana çatdı – 27 nəfər yoluxub

6 Yanvar 2016 15:36 (UTC+04:00)
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Armen Muradyan məlumat verib.

Onun sözlərinə görə, xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün həssas qrupların nümayəndələrinə peyvənd vurulub.

Respublikada ümumilikdə 350 kəskin respirator xəstəlikləri qeydə alınıb. Onlardan 67-si pnevmaniya ilə müşayiət olunur. Xəstəxanalara kəskin respirator xəstəlikləri ilə 24 hamilə qadın gətirilib. Pnevmaniya ilə xəstəxanaya yerləşdirilən qadınlardan biri ölüb.

Aydan AXUNDOVA