Keçmiş deputat həbs edildi

6 Yanvar 2016 15:47 (UTC+04:00)
"Globus Plaza"nın sahibi, sabiq deputat Dünyamin Xəlilov bu il mayın əvvəllərində axtarışa verilmişdi. Bu günlərdə isə D.Xəlilov saxlanılaraq barəsində təkrar həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, "Bandotdel" bu ilin avqust ayında "Globus Plaza" axtarış aparıb və şirkətin kassalarını möhürləyərək bağlayıb.

Nərimanov Rayon Məhkəməsi mayın 15-də Dünyamin Xəlilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Lakin D.Xəlilov hansısa yolla istintaq təcridxanasında deyil, öz işinin başında idi.

Qafqazinfo.az