Toya 13 minə getdiyi deyilən Abbas: “O məbləğdən artıq qonorar almıram”

6 Yanvar 2016 16:43 (UTC+04:00)

Siyahıya liderliyi Abbas Bağırov edir. Məlumata görə, o, bir toydan 13 min manat məbləğində qonorar alır.

Məsələ ilə bağlı AzNews.az-a danışan Əməkdar artist, Azərbaycan Dövlət Televiziyasının solisti Abbas Bağırov siyahıda qiymətlərin şişirdildiyini deyib: "Mən mətbuata, ya da hasısa quruma belə bir açıqlama verməmişəm. Adımdan yalan yazıblar. Bütün həmkarlarım mənim toy qiymətimi bilir. Mən bir toydan 5 min manatdan çox qonorar almıram".

A.Bağırov qeyd edib ki, o, ümumiyyətlə, toylara az-az gedən sənətkarlardandır.

Bahar RÜSTƏMLİ
AzNews.az