Sabah manatın məzənnəsi dəyişməyəcək

6 Yanvar 2016 18:53 (UTC+04:00)


Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-ə verilən məlumata görə, 06.01.2016-cı il tarixində banklararası valyuta bazarında heç bir əməliyyat keçirilmədiyindən Mərkəzi Bankın 06.01.2016-cı il tarixinə USD/AZN məzənnəsi 07.01.2016-cı il tarixində də qüvvədə qalacaq.

Qeyd edək ki, 05.01.2016-cı il tarixində banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnə 1,5626 təşkil edib. Bununla, AMB-nin 06.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5626 səviyyəsində müəyyən olunub