Aksiyasda saxlanılan şəxslərin hamısı azadlığa buraxıldı

2 Noyabr 2012 11:57 (UTC+04:00)
İctimai Palatanın (İP) bu gün Milli Məclisinin (MM) binası qarşısında keçirməyə cəhd etdiyi razılaşdırılmamış piket zamanı saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb.

İP-nın katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, saxlanılan şəxslərə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar: "Məndə olan məlumata görə, 11 ya 12 nəfər saxlanılaraq polis bölməsinə gətirilib. Həmin şəxslərə xəbərdarlıq edildikdən sonra azad ediblər".

Qeyd edək ki, bu gün İP MM-in binası qarşısında razılaşdırılmamış piket keçirməyə cəhd edib. Polis aksiyanın qarşısını alıb.

AzNews.az