Avtobus qəzaya düşdü - Yaralılar var
7 Yanvar 2016 09:48 (UTC+04:00)
Məlumata görə, Zülfü Hacıyev küçəsində 6 saylı marşrut xətti üzrə hərəkət edən "Hyundai" markalı avtobus yolun kənarında dayanan "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Nəticədə avtobusun sərnişinlərindən bir neçəsi xəsarət alıb. Həmin şəxslər xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
APA.az