Şamaxıda odlu silah alverçiləri yaxalandı

7 Yanvar 2016 13:36 (UTC+04:00)

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əli Əliyevdən nömrəsi silinmiş "Naqan" markalı tapança götürülüb. Ə.Əliyevə tapançanı satmış həmyerlisi Rövşən Sultanov da müəyyən edilərək tutulub.