Daha bir ölkə Azərbaycanda səfirlik açır

7 Yanvar 2016 15:48 (UTC+04:00)

Bu barədə AzNews.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Kosta Rikanın Xarici İşlər və Etiqad Nazirliyindən daxil olmuş notada Kosta Rika Respublikasın 2016-cı ildə Azərbaycan Respublikasında səfirlik açmaq niyyəti ifadə olunub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş cavab notasında Kosta Rika Respublikasının bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.