Obama Kim Çenə qarşı – Sanskiyalar olacaq

7 Yanvar 2016 16:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Yaponiya və ABŞ arasında hidrogen bombasını uğurla sınaqdan keçirdiyini iddia edən Şimali Koreyaya qarşı tətbiq olunacaq sanksiyalarla bağlı birgə birləşmələri haqda qərar qəbul edilib.

Artıq Yaponiya baş naziri Şinzo Abed və ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı həyata keçiriləcək sanksiyalar haqda görüşlər keçirib. Bundan sonra Şimali Koreyaya qarşı ortaq hərəkət etmə haqda qərar qəbul olunub. Məlumata görə, Şinzo Abed və Barak Obama arasındakı görüş cəmi 20 dəqiqə davam edib. Yaponiyanın xarici işlər naziri Fumio Kişidanın da Amerikalı həmkarı ilə telefonla bu mövzuda danışdığı açıqlanıb.

Xatrıladaq ki, Şimali Koreya hidrogen bombasının uğurla sınaqdan keçirildiyini açıqlamışdı. Qonşu dövlətlərdə yeraltı təkanlara səbəb olan sınaq Punqeri nüvə poliqonunda baş tutub.

Sevinc YASİNQIZI