Dollar 1,80 manata satılır

7 Yanvar 2016 16:20 (UTC+04:00)

Əksər "exchange"lərdə 1 ABŞ dollarının alışı 1,72 manat, satışı isə 1,80 manata aparılır.

Qeyd edək ki, günün ilk yarısında valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,67-1,75 AZN/USD olub. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi dünənki səviyyədə - 1,5626 AZN/USD qalsa da, bu gün keçirilən valyuta hərracında tələbin yalnız 19% qarşılanması nəticəsində valyuta bazarında yenidən ajiotaj yaranıb.

Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. Dekabrın son günlərində gündəlik 100 mln. dollara yaxın valyuta satan AMB-nin mütəşəkkil valyuta bazarına intervensiyasının bu gün zəiflədiyi diqqətə çarpıb.

Report.az