“Türkiyəyə vizanı hava limanında almaq olacaq” – Açıqlama

7 Yanvar 2016 17:24 (UTC+04:00)
O, AzNews.az-a açıqlamasında bildirib ki, Azərbaycan Türkiyə vətəndaşlarına viza tətbiq etdiyi üçün qarşı tərəf də cavab olaraq eyni yola üz tutub: "Məlum olduğu kimi, Azərbaycan Türkiyəyə viza tətbiq edir. Düzdür, bu, hava limanında sadələşdirilmiş viza sistemidir. Lakin Türkiyə vətəndaşları normal sərhədi keçən zaman problemlər yaşayır. Çox ehtimal ki, Azərbaycan tərəfi viza tətbiq etdiyi üçün Türkiyə də bunu qarşılığını verəcək".

T.İsmayıl qeyd edib ki, Türkiyə tərəfinin tətbiq etdiyi vizanı hava limanında almaq mümkün olacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az