Zaqatala sakininin qeyri-adi maşın ixtirası - Video

7 Yanvar 2016 19:29 (UTC+04:00)

AzNews.az-ın Region TV-yə istinadən verdiyi məlumata görə, onun "Abdulla" adlandırdığı bu maşının hazırlanmasında dörd növ avtomobilin hissələrindən istifadə edilib. Belə ki, 1 ton 250 kq çəkisi olan avtomobilin ön daşıyıcı hissəsi və ön təkərləri "Zaporojets", arxa körpü hissəsi "Moskviç", arxa təkərləri "Mercedes", mühərrik və sürət qutusu isə "VAZ 2101" markalı avtomobillərə məxsusdur. Avtomobilin maketi və digər hissələrini isə gənc öz əlləri ilə hazırlayıb.

Uşaqlıqdan texnikaya həvəs göstərən A. Məmmədov avtomobil hazırlamağı illər öncədən arzulayıb. Bu istəyini reallaşdırmağa isə 5 il əvvəl başlayıb. Avtomobil yalnız bir neçə gün öncə tam hazır vəziyyətə gətirilib. O, bu texnikadan şəxsi təsərrüfatında istifadə etmək fikrindədir.

İki ton yük daşıma qabiliyyətinə malik avtomobil 100 kilometr məsafəyə 6-7 litr benzin sərf edir. Avtomobilin hazırlanması üçün təqribən 4500 manata yaxın vəsait xərclənib.