Türkiyənin məşhur aktyorları Bakıda

7 Yanvar 2016 20:31 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, filmin qala gecəsində, Türkiyənin məşhur gənc aktyorları Çağatay Ulusoy, Leyla Lydia Tuğutlu, rejissor Ali Bilgin və yaradıcı qrupun digər üzvləri iştirak edib.

Romantik dram janrında çəkilmiş bu film universitet tələbələri olan Barış və Füsunun böyük eşq hekayəsindən bəhs edir. Memarlıq fakültəsində təhsil alan və boş vaxtında musiqi ifası ilə həyatın dadını çıxaran Barış Füsunu gördüyü anda ona aşiq olur. Adını belə bilmədiyi qızı tapıb eşqini anlatmaq bir yana, ağlında universiteti dərəcə ilə bitirib Amerikada təhsilini davam etdirmək istəyi olan Füsunu bu eşqə inandırmaq da var. Yaraşıqlı və ağıllı olan Barış sonunda bunu etməyi bacarır. O, Füsunu özünə aşiq edir və onlar evlənirlər. Hər şey nağıllarda olduğu kimidir, ancaq nağıl pozulmayana qədər....

Qeyd edək ki, filmin rejissoru Ali Bilgin, ssenari müəllifi Yıldırım Türkerdir.
Yaş həddi: 12+ olan filmdə rolları Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal və Toprak Sağlam ifa edib.

Xatırladaq ki, "Delibal" filmi Nizami Kino Mərkəzində Azərbaycan dilində subtitrlərlə nümayiş etdirilib.