Bakı-Qazax magistralında qəza - Sürücü öldü

7 Yanvar 2016 20:40 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 467-ci kilometrliyində, Ağstafa rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü Oruc Telman oğlu Əliyev idarə etdiyi "NazLifan" markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və yolun kənarında olan divara çırpılıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.