Somali İranla diplomatik münasibətləri dayandırdı

7 Yanvar 2016 22:05 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Somali XİN- İrandakı səfirini geri çağıraraq, ölkədəki iranlı diplomatlara Yəməni tərk etmələri üçün 72 saat vaxt verib.

Qeyd edək ki, yanvarın 3-də Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.