Bakıda faciəvi hadisə - Ər və arvad yanaraq öldü

8 Yanvar 2016 09:24 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Abbasova Zoya yanmış meyitləri aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.