Səudiyyədən İrana daha bir veto

8 Yanvar 2016 11:08 (UTC+04:00)

AzNews.az xairci mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Futbol Federasiyası bundan sonra milli və klub komandalarının İranda futbol oynamayacağını açıqlayıb. Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İdarə Məclisi Asiya Futbol Konfederasiyası (AFC) Çempionlar Liqasında İranda oynalınacaq bütün futbol qarşılaşmalarından imtina edib.

Federasiyanın rəsmi internet saytında qeyd olunub ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyası Asiya Futbol Konfederasiyasından (AFC) milli və klub komandalarının oyunlarının tərəfsiz ştatlarda keçirilməsi qərarını gözləyir. AFC Çempionlar Liqasında Səudiyyə Ərəbistanının Əl-Nassr komandası, İranın Sepahan və Özbəkistanın Lokomotiv Daşkənd klubları A qrupunda mübarizə aparacaq. C qrupunda isə El-Hilal komandası, İranın Tractor Sazi və Özbəkistanın Pakhtakor klubları qarşı-qarşıya gələcək.

Sevinc YASİNQIZI