İvanişvili Saakaşvilini prezident sarayından çıxarır

2 Noyabr 2012 12:43 (UTC+04:00)
Baş nazir Bidzin İvanişvili Gürcüstan prezidenti Mixail Saakaşvilini prezident sarayını tərk etməyə çağırıb.

AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, İvanişvili bildirib ki, prezident sarayının saxlanma xərcləri yüksək olduğundan Saakaşvili hökumət binasına köçsün və orada fəaliyyət göstərsin.

"Prezident iqamətgahının saxlanma xərcləri çox yüksəkdir. Binanın təkcə elektrik sərfiyatı 484 min dollardır. İndiki şəraitdə bu qədər xərcin çəkilməsi nəyə kimə lazımdır axı".

Qeyd edək ki, binanın tikilməsinə 8 milyon dollara yaxın vəsait xərclənmişdi. Bununla belə, müxalifət bina tikintisinə daha böyük məbləğin sərf edildiyini iddia edirdi.

Sadiq Musa
AzNews.az