Türkiyə səfirliyindən viza məsələsinə - Reaksiya
8 Yanvar 2016 12:01 (UTC+04:00)
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən AzNews.az-a daxil olan məlumatda deyilir. Səfirlikdən qeyd olunub ki, mətbuatda Türkiyənin Azərbaycan vətandaşlarına viza tətbiq edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Türkiyə Azərbaycan arasında hazırda həyata keçirilən viza rejimində hər hansı bir dəyişikliyin olması gözlənilmir. 2007-ci ildən bəri olduğu kimi Azərbaycan vətəndaşları ölkəmizə 30 günlük turistik səfəri vizasız edə biləcəklər".
Qeyd edək ki, dünən Türkiyənin Azərbaycan daxil olmaqla 89 ölkəyə 2016-сi ilin iyunundan viza tətbiq edəcəyi haqda məlumatlar yayılıb.
Sevinc YASİNQIZI