Siqaret niyə bahalaşdı? - Nazirlikdən açıqlama

8 Yanvar 2016 13:15 (UTC+04:00)

Nazirliyin Mətbuat Xidmətindən AzNews.az-a daxil olan məlumatda tütün məmulatlarının qiymətlərinin tənzimlənən mal və xidmətlərin siyahısına daxil olmadığı bildirilib: "Tütün məmulatlarının satış qiyməti bazarda tələb və təklif əsasında formalaşır".

Məlumat üçün bildirək ki, bu gün siqaretin qiymətində kəskin artım müşahidə olunub. Bundan əvvəl isə, ötən ilin sonunda manatın ikinci devalvasiyasından sonra da siqaretin qiyməti bahalaşmışdı.