Taxıl Kombinatının direktoru öldürüldü - Bakıda

8 Yanvar 2016 14:02 (UTC+04:00)

Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.

Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.

APA.az