Ər arvadını yatdığı yerdə öldürdü - Bərdədə

8 Yanvar 2016 14:15 (UTC+04:00)

Hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. Kənd sakini Zülfüqar Rəhimov saat təqribən 06:00 radələrində həyat yoldaşı Gülnaz Rəhimovanı yatdığı çarpayıdaca bıçaqlayıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, bıçaq zərbələrindən biri Gülnaz Rəhimovanın boynunun sağ hissəsinə, digəri isə döş qəfəsinin sağ hissəsinə dəyib.

Səsə oyanan Zülfüqar Rəhimovun valideynləri kənd sakinlərinin köməyi ilə yaralını xəstəxanaya çatdırıblar. Buna baxmayaraq çoxlu qan itirən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Zülfüqar Rəhimov hadisəni törətdikdən sonra qaçsa da valideynləri onu taparaq polisə təhvil verib. Yaxınlarının sözlərinə görə, 35 yaşlı Zülfüqar Rəhimov əsəb xəstəsidir.

Müalicə həkimi İlham Süleymanovun da verdiyi məlumata görə, Zülfüqar Rəhimovun kifayət qədər ciddi psixoloji problemləri olub. Gülnaz və Zülfüqar Rəhimovların 3 azyaşlı övladı var.



ANS PRESS.az