Öldürülən direktorun oğlu: “Evi alt-üst ediblər”

8 Yanvar 2016 15:33 (UTC+04:00)


Mərhumun oğlu Pənah Bağırov APA-ya açıqlama verib.

O qeyd edib ki, atası evdə tək yaşayıb: "Atam bağ evində tək yaşayırdı. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyini bilmirik. Hadisəni törədən şəxslər evin altını-üstünə çeviriblər. Hazırda evdə polis və prokurorluq əməkdaşları araşdırma aparır. Evə heç bizi də buraxmırlar. Polis əməkdaşları mənim də izahatımı alıb. Ümid edirik ki, qətli törədən şəxslər tezliklə tapılacaq".

Qeyd edək ki, hadisə bu gün Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.