Azərbaycanlı pilotun cəsədi 70 il sonra tapıldı - FOTO

8 Yanvar 2016 16:47 (UTC+04:00)

Həmin müharibədə həlak olan insanların qalıqlarının tapılması ilə məşğul olan "Smerç" təşkilatının üzvləri "L-5" təyyarəsinin pilotu Əziz Əbdül oğlu İsrafilova aid sənədlər aşkar ediblər.

Həmin sənədlərdən aydın olur ki, Əziz İsrafilov azərbaycanlı pilot olub və 1921-ci ildə Bakıda anadan olub. Onun yaşayış ünvanını isə Bakıdakı Krupskaya küçəsi 21 (23) olduğu məlumdur.

"Smerç" təşkilatının üzvləri ehtimal edir ki, təyyarə 3 min metr yüksəklikdən yerə düşdüyü üçün onun göyərtəsində güclü yanğın olub və buna görə kabinədəki pilot Əziz İsrafilov yanaraq kül olub.

Hazırda onun qohumlarının axtarışı aparılır.



Modern.az