Azərbaycanda iri məbləğli malları dollarla satırlar

8 Yanvar 2016 17:12 (UTC+04:00)

Bütün bunların fonunda isə Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsulları, tikinti materialları, məişət texnikası, ev avadanlıqları, telefon və kompüter kimi elektronika məhsulları ən azı 50 faiz bahalaşıb.

Bakıdakı bəzi ticarət obyektlərində yeni faktla qarşılaşıb: bəzi yerlərdə tikinti materiallarının, məişət avadanlıqlarının satışını dollarla həyata keçirməyə başlayıblar.

Ticarət obyektlərinin sahibləri növbəti dövriyyə üçün məhsulun alınmasına görə dollara ehtiyac duyduqlarını deyiblər. Onlar məhsulları dollarla satmaqla lazımi valyuta əldə etməyə çalışarkən, insanlar manatı dollara dəyişməkdə çətinlik çəkir.

Çünki dünəndən etibarən Azərbaycanda fəaliyyət göstərən bankların demək olar ki böyük əksəriyyəti, bəlkə də hamısı nağd dollar və avronun satışını dayandırıb.

Valyutadəyişmə məntəqələrinin qarşısında valyuta mübadiləsi üzrə məzənnələr qeyd olunsa da, əksər filial və baş ofislərdə satış həyata keçirilmir, hətta bəzilərində alış əməliyyatları da məhdudlaşdırılıb.

Görünən odur ki, Mərkəzi Bank valyuta bazarında inzibati məhdudiyyətlər tətbiq etməklə problemi həll etməyə çalışır.

Valyuta bazarında defisit yaradıb tələbi boğmağı hədəfə alan uğursuz iqtisadi siyasət ölkədə sosial gərginliyin pik həddə çatmasına səbəb olmaqda davam edir.

Modern.az