Valyutadəyişmə məntəqələri bağlanacaq

8 Yanvar 2016 19:41 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) 2016-cı ilin mart-aprel aylarınadək banklardan və onların filiallarından kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin bağlanması haqqında qərar verəcəyi gözlənilir.

AzNews.az xəbər verir ki, ölkənin bank bazarındakı mənbə Trend-ə bildirib ki, bu qərardan sonra valyutanı yalnız bankların mərkəzi ofislərində və filiallarında dəyişdirmək mümkün olacaq.