Türkiyədə sərnişin avtobusu aşdı - 26 yaralı

8 Yanvar 2016 22:38 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Diyarbəkir – İstanbul marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb.

Yol qəzası nəticəsində 26 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.