İlham Mirzəyev azadlığa çıxmaq istəyir - Məhkəməyə müraciət etdi

8 Yanvar 2016 23:28 (UTC+04:00)

Yanvarın 8-də Bakı Apelyasiya Məhkəməsində onun şikayəti üzrə hazırlıq iclası keçirilib.

2014-cü ilin aprelindən həbsdə olan teleaparıcı ona kəsilmiş 3 il 6 aylıq həbs cəzasının bir hissəsini çəkdiyini əsas gətirərək, cəzanın qalan hissəsinin məntəqə tipli müəssisədə çəkilməsi üçün məhkəməyə müraciət edib. Lakin Xəzər Rayon Məhkəməsi 30 noyabr 2014-cü il tarixli qərarı ilə onun müraciətini təmin etməyib. İlham Mirzəyevin vəkili Telman Abdiyev həmin qərardan apelyasiya şikayəti verib.

İş məhkəmə baxışına verilib və məhkəmə iclası yanvarın 15-nə təyin olunub.

İlham Mirzəyev 2014-cü il aprelin 11-də həbs olunub. CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham olunan teleaparıcı Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi onun cəzası 3 il 6 aya endirib.

İlham Mirzəyev ona qarşı irəli sürülən ittihamla razılaşmır və kimsəni aldatmadığını bildirir.


Azadlig.org