Meyvə-tərəvəz köşkü yandı - Bakıda

9 Yanvar 2016 09:41 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan meyvə-tərəvəz satışı köşkünün lambirdən və taxtadan ibarət üzlüyü yanıb.

Yüksək temperaturdan yaxınlıqdakı kafenin 2 ədəd plastik pəncərə çərçivəsi əriyib. Kafe yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.