Zəlimxan Yaqubun yeni kitabı çıxacaq – Səhhəti normaldır

9 Yanvar 2016 10:23 (UTC+04:00)
Bu barədə AzNews.az-a şairin ailəsindən məlumat verilib. Onların bildirdiyinə görə, Z.Yaqub heç zaman yaradıcılığına ara verməyib: "Bu gün də müalicə ala-ala yeni kitablar yazır".

Ailə üzvlərinin bildirdiyinə görə, hazırda şairin səhhəti normaldır: "Zəlimxan müəllim çox yaxşıdır. Ev şəraitində müalicəsi davam edir. Yaxın vaxtlarda işə çıxacaq".

Qeyd edək ki, Z.Yaqub uzun illərdir ki, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az