Türkiyədə avtobus aşdı - 8 ölü, 42 yaralı

9 Yanvar 2016 11:26 (UTC+04:00)
Hadisə Balıkesir bölgəsində qeydə alınıb.

Məlumata görə, Yaşar Özkan adlı sürücünün idarə etdiyi avtobus gecə saat 3 radələrində istinad divarına çırpılaraq aşıb. Qəzada sürücü özü də ölüb.

Xəsarət alanlar Balıkesir xəstəxanasına yerləşdirilib.

APA.az