Bakıda mağazadan külli miqdarda pul oğurlandı

9 Yanvar 2016 13:46 (UTC+04:00)

AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 4-nə keçən gecə Nəsimi rayonu ərazisində yerləşən, paytaxt sakini Yusif Əhmədova məxsus mağazadan açar seçmək yolu ilə 35600 manat oğurlanıb.

Nəsimi rayon 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Məmmədzadə tutulub.

Faktla bağlı araşdırma aparılır.